Bir çox turist üçün Balkanlarda istirahət ilk növbədə çimərlik və dənizlə assosiasiya olunur. Lakin bu region səyahətçilərə bundan daha çoxunu təklif edə bilər.
HİT.az xəbər verir ki, Britaniyanın "eShores" turizm şirkəti seçimlərdən asılı olaraq Balkanlarda istirahət üçün ən yaxşı 10 məkanı müəyyənləşdirib:
1. Dubrovnik, Xorvatiya – orta əsr qala divarları, YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçərişəhər və "Taxt-tac oyunları" serialının çəkiliş məkanları ilə məşhurdur.
2. Dalmasiya adaları, Xorvatiya – adalararası səyahətlər, üzüm bağları və sakit, mənzərəli körfəzləri ilə seçilir.
3. Kotor körfəzi, Monteneqro – sakit suları və əzəmətli dağ mənzərələri ilə diqqət çəkir.
4. Split, Xorvatiya – fəaliyyət göstərən qədim Roma sarayı, sahilyanı bulvarı və şəhər çimərlikləri ilə turistlərin maraq dairəsindədir.
5. Bled gölü və Yulian Alpları, Sloveniya – alp gölü, üzərində yerləşən kilsə və qayanın zirvəsindəki qalası ilə məşhurdur.
6. Albaniya Rivyerası – İon dənizi sahilində yerləşən gözəl çimərlikləri ilə dəniz istirahəti üçün əlverişli seçimdir.
7. Plitviçe gölləri Milli Parkı, Xorvatiya – şəlalələrin arasından keçən taxta cığırları və möhtəşəm təbiəti ilə seçilir.
8. Berat və Gjirokastër, Albaniya – ağ rəngli Osmanlı dövrü şəhərləri və təpələrin zirvəsində yerləşən qalaları ilə tanınır.
9. Mostar, Bosniya və Herseqovina – məşhur körpüsü, körpüdən suya tullanan dalğıcları və firuzəyi rəngli çay mənzərələri ilə turistləri cəlb edir.
10. Ohrid və Ohrid gölü, Şimali Makedoniya – qədim kilsələri və göl sahilində çimmək imkanları ilə fərqlənir.
Samir


