KİV: Alman nazirlər Merzdən Rusiyanı ittiham etməyə tələsməməyi xahiş edib

DÜNYA
18:40 / 03.09.2026
40

Almaniya hökumətinin üzvləri kansler Fridrix Merzdən Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı (PUA) insidenti ilə bağlı Rusiyanı ittiham etməyə tələsməməyi xahiş ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun sonunda Almaniya Nazirlər Kabinetinin qapalı iclası keçirilib. İclas çərçivəsində Merz daxili işlər naziri Aleksandr Dobrindt, xarici işlər naziri İohann Vadeful və təhlükəsizlik məsələləri üzrə müşavir Günter Zautterlə ayrıca görüşüb.

Məqalədə bildirilir ki, görüş zamanı kansler PUA insidenti ilə bağlı Rusiyanı mümkün qədər tez ittiham etmək istədiyini ifadə edib.

Lakin Dobrindt xəbərdarlıq edib ki, ictimai şəkildə səsləndiriləcək ittihamlar aparılan araşdırmanı təhlükə altına qoya bilər. Vadeful isə öz növbəsində Rusiyanın əks tədbirlər görə biləcəyi barədə xəbərdarlıq edib.

Samir

0