Sorğuda iştirak edən amerikalıların 89 faizi hökuməti korrupsiyada ittiham edir

DÜNYA
16:18 / 03.09.2026
48

Amerikalıların 89 faizi ölkə hökumətində korrupsiyanın "geniş yayıldığını" düşünür. 

HUT.az xəbər verir ki, bu barədə "Gallup" şirkətinin keçirdiyi sorğunun nəticələrində bildirilir.

Bu göstərici ötən illə müqayisədə 10 faiz bəndi artıb. Hazırkı nəticə 2010-2025-ci illərdə qeydə alınan göstəricilərdən xeyli yüksəkdir. Həmin dövrdə sorğuda iştirak edənlərin 72-79 faizi hökumətdə korrupsiyanın geniş yayıldığını bildirirdi.

"Gallup" qeyd edir ki, korrupsiyaya münasibətdə ən kəskin dəyişiklik ABŞ Demokratlar Partiyasını dəstəkləyən respondentlər arasında müşahidə olunur. Co Baydenin prezidentliyinin son ilində demokratların yalnız 57 faizi hökumətdə korrupsiyanın geniş yayıldığını düşünürdü.

Lakin 2025-ci ildə, Donald Tramp prezident olduqdan sonra bu göstərici 76 faizə yüksəlib, cari ildə isə 91 faizə çatıb.

Siyasi baxımdan müstəqil seçicilər arasında bu göstərici 90 faiz təşkil edib. Bu nəticə respublikaçıların göstəricisindən (83 faiz) daha çox demokratların nəticəsinə yaxındır və 2024-cü illə müqayisədə 12 faiz bəndi yüksəkdir.

Həmin dövrdə respublikaçıların korrupsiyaya münasibəti daha az dəyişib. Son iki ildə respondentlərin təxminən 80 faizi korrupsiyanın geniş yayıldığını bildirib. Bu göstərici 2024-cü ilin nəticələri ilə ümumilikdə uyğun gəlir. Həmin il bütün respondentlərin 87 faizi hökumətdə korrupsiyanın geniş yayıldığını düşünürdü.

Tədqiqatçılar qeyd edirlər ki, korrupsiyanın qəbul edilən səviyyəsinə görə ABŞ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ölkələrini əhəmiyyətli dərəcədə qabaqlayır.

"Gallup"un İƏİT-ə üzv 38 ölkədə keçirdiyi sorğulara əsasən, həmin ölkələrdə korrupsiyanın qəbul edilən median səviyyəsi 2009-cu ildəki 69 faizdən 2022-ci ildə 60 faizdən aşağı düşüb.

2025-ci ildə İƏİT ölkələrində korrupsiyanın qəbul edilən median səviyyəsi 59 faiz təşkil edib.

Samir
 

0