ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Avropa ölkələrinin silahlı qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərini İrandan qoruya bilmir.
HİT.az xəbər verir ki, onun çıxışının videosu "C-SPAN" portalında yayımlanıb.
Vensin sözlərinə görə, öz gəmilərini qorumaq imkanının olmaması yanacağın qiymətinin artmasına səbəb olur.
O qeyd edib ki, bu vəziyyət ABŞ-ın avropalı müttəfiqlərində müşahidə olunan “gülünc tənəzzülü”, eləcə də onların dünya enerji bazarlarında yanacaq tədarükünün təhlükəsizliyini təmin etmək üçün hərbi baxımdan real addımlar ata bilmədiyini nümayiş etdirir.
Avqust ayında İranın ABŞ tərəfindən münaqişənin daha da eskalasiyası halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Tehran Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirib. Bildirilirdi ki, mümkün hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, həmçinin Kiprdəki obyektlər də olub.
Samir


