Bəşəriyyətə məlum olan 45 planetdə potensial olaraq yadplanetli həyat mövcud ola bilər.
Tiraj.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun baş elmi əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor və Rusiya Elmlər Akademiyasının akademiki, astrofizik Dmitri Bisikalo “kp.ru”ya bildirib.
Mütəxəssisin sözlərinə görə, həmin 45 planetdən 35-i potensial yaşayış zonasında yerləşir. Bu səma cisimlərinin ölçüləri isə Yerin radiusunun dörd mislindən azdır.
“Bu 35 planetdən 18-i Yerə bənzəyir. Lakin bu, hələ heç nə demək deyil. Daha sonra bu ekzoplanetlərin atmosferinin olub-olmadığını müəyyənləşdirməyə çalışıblar. Üç planetdə atmosfer aşkar edilib. Yəni üç ekzoplanet potensial yaşayış zonasında yerləşir və onların atmosferi var”, deyə ekspert izah edib.
Astrofizik vurğulayıb ki, həyat üçün əsas meyarlardan biri planetdə bərk səthin olması, digəri isə həddindən artıq istixana effektinin mövcud olmamasıdır.
Samir


