Donald Tramp sovet dövründən bəri həmişə Moskvanın rəğbətini qazanıb, ona görə də Rusiya-Ukrayna müharibəsində heç vaxt Kiyevin tərəfini tutmayacaq.
HİT.az xəbər verir ki, bu fikri məşhur amerikalı politoloq və siyasi filosof Frensis Fukuyama BBC-yə verdiyi müsahibədə bildirib.
“Tramp onilliklər ərzində əvvəlcə sovetyönlü, daha sonra isə Rusiyayönlü olub. Bu, qəribədir. Əslində bunun niyə baş verdiyini heç kim başa düşmür, amma bu, daim təkrarlanan mövzudur”, deyə analitik bildirib.
Fukuyama xatırladıb ki, Tramp hələ 1980-ci illərdən, Sovet İttifaqının mövcud olduğu dövrdən etibarən dəfələrlə Moskvada olub və hətta NATO-nu “soyuq müharibə”yə səbəb olmaqda ittiham edib.
Fukuyama son aylarda Trampın guya Ukraynaya daha çox dəstək verməyə başladığı fikrinə şübhə ilə yanaşıb. Politoloqun fikrincə, ABŞ prezidentinin ritorikasındakı müəyyən dəyişiklik başqa səbəblə izah olunur.
“O, məyusdur, çünki rusların əslində Ukraynanı məğlub edəcəyini düşünürdü. Rusiyanın bunu [sülh yolu ilə] nizamlanmaya məcbur etməməsindən narazıdır, lakin o, digər tərəfə keçməyib”, deyə siyasi ekspert qeyd edib.
Samir


