Aİ rəsmisi Mladiçin xatirəsinə keçirilən mərasimə görə Serbiyaya səfərini ləğv etdi

DÜNYA
17:15 / 04.09.2026
42

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos cümə günü Bosniya serblərinin keçmiş komandanı general Ratko Mladiçin xatirəsinə keçirilən mərasimdən sonra Serbiyaya planlaşdırdığı səfəri ləğv edib. 

HİT.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ümumi gələcəyimizin əsasını təşkil edən dəyərlər müzakirə mövzusu deyil. Bununla əlaqədar olaraq, planlaşdırılan Serbiya səfərimi hələlik həyata keçirməmək qərarına gəldim", – Kos yazıb.

Ratko Mladiç avqustun 27-də 84 yaşında Haaqadakı həbsxanada vəfat edib. Son aylarda onun səhhəti ciddi şəkildə pisləşmişdi. Aprel ayında generalın oğlu Darko atasının həyatla ölüm arasında olduğunu bildirmişdi. Səhhətinin ağırlaşmasına baxmayaraq, məhkəmə məhbusun müalicə üçün Serbiyaya köçürülməsinə icazə verməmişdi.

Mladiç 1992-1995-ci illərdə Bosniya münaqişəsi zamanı Serb Respublikası ordusuna komandanlıq edib. Daha sonra 16 il gizlənib və 2011-ci ildə Serbiya hakimiyyəti tərəfindən həbs olunub.

2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu Srebrenitsa soyqırımı da daxil olmaqla 10 maddə üzrə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

Samir
 

0