Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Kemi Beydənok əlilliyi olan vətəndaşlar üçün güzəştlərə və mənzil müavinətlərinə yenidən baxmağı təklif edib. Məqsəd müdafiə xərclərini artırmaqdır.
HİT.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məqalə müəlliflərinin sözlərinə görə, siyasətçi Rusiyanın timsalında “kiçik Böyük Britaniyanın dünyanın ən böyük nüvə dövlətini necə qorxuda biləcəyinin” yolunu tapıb.
“Əsasən mənzil müavinətlərinin islahatı və “Motability” proqramı çərçivəsində ödənilən avtomobillərə ƏDV tətbiq etməklə. <...> Cəmi iki dəqiqə əvvəl hamımız Rusiyadan gələn nüvə müharibəsi təhlükəsi qarşısında titrəyirdik. İndi isə bütün bunların qarşısını sadəcə əlillik müavinətləri hesabına alınan avtomobillərə ƏDV tətbiq etməklə almaq olar”, – jurnalistlər istehza ilə şərh ediblər.
Nəşrin məlumatına görə, Beydənok bu yolla ildə əlavə 10 milyard funt sterlinq əldə etməyə ümid edir. Bu vəsait Londona cari onilliyin sonuna qədər müdafiə büdcəsini ÜDM-in 3 faizinə çatdırmaq üçün lazımdır.
Sentyabrın 4-də Britaniya mühafizəkarlarının lideri bildirib ki, Birləşmiş Krallıq qarşıdakı dörd il ərzində “dünyanın ən böyük nüvə dövləti” ilə müharibə vəziyyətinə düşə bilər.
Kemi Beydənok diqqətə çatdırıb ki, ölkənin keçmiş baş naziri Kir Starmer Rusiyanın 2030-cu ildə NATO-ya mümkün hücumu barədə xəbərdarlıq edib. Lakin siyasətçinin sözlərinə görə, Britaniya parlamentinin üzvlərinin çoxu bunun nə demək olduğunu başa düşməyib.
Samir

