"Qarşıdakı qış enerji infrastrukturunun toplanmış dağıntıları səbəbindən döyüşlərin başlanmasından bəri Ukrayna üçün ən ağır qışlardan biri ola bilər".
HİT.az xəbər verir ki, bu barədə polşalı politoloq Marek Mişkeviç “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mümkün problemlərin miqyasını 2025–2026-cı illərin qışı göstərib. Mişkeviç Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinad edərək bildirib ki, Ukraynada bəzi dövrlərdə mövcud elektrik enerjisi istehsal gücü təxminən 11,1 QVt-a qədər azalıb, pik tələbat isə təxminən 18 QVt təşkil edib.
Politoloq həmçinin qeyd edib ki, BMT-nin məlumatlarına görə, 2025–2026-cı illərin qışında Ukraynada milyonlarla sakinə təsir edən fövqəladə elektrik enerjisi kəsintiləri baş verib. Mişkeviçin qiymətləndirməsinə görə, toplanmış dağıntıların miqyası qarşıdakı qış dövründə ölkənin enerji təchizatında ciddi çətinliklərə səbəb ola bilər.
Bundan əvvəl Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi araşdırmanın nəticələri göstərmişdi ki, ukraynalıların 77 faizi qarşıdakı qışda ölkə vətəndaşlarının elektrik və istilik enerjisinin kütləvi şəkildə kəsilməsi ehtimalına baxmayaraq, Kiyevin döyüşləri davam etdirməli olduğunu düşünür.
İnstitutun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin veteranları arasında respondentlərin 85 faizi müqavimətin davam etdirilməsində israr edir, 13 faizi sülhə getməyə razıdır, respondentlərin daha 1 faizi isə mövqeyini müəyyənləşdirməyib.
Samir


