Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı

ÖLKƏ
15:10 / 30.09.2026
90

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının artıq olmadığı haqda iddia yayılıb.

HİT.az axar.az-a istinadən xəbər verir ki, E.Rüstəmovun xaricdəki biznesi də uğursuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur qalıblar.

Biznes imperiyasının çökməsi E.Rüstəmovu müəyyən addımlara sövq edib. Belə ki, o, məşhur "Platin" restoranını satıb.

İddiaya görə, restoran 22 milyon manata satılıb.

Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.

0