Putin: Rusiya və ABŞ Arktikada birgə işləmək imkanını araşdırır

DÜNYA
18:15 / 27.10.2026
61

Rusiya Prezidenti Vladimir Putin Moskva və Vaşinqtonun Arktikada birgə layihələr həyata keçirməsi imkanlarının müzakirə olunduğunu bildirib.

HİT.az xəbər verir ki, Putin bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya indiyədək müxtəlif ölkələrlə enerji yataqlarının işlənməsi sahəsində əməkdaşlıq edib. Bu çərçivədə Avropa və Çin şirkətləri də Rusiya ərazisindəki yataqlarda fəaliyyət göstəriblər.

“Hazırda amerikalı tərəfdaşlarla birgə işləmək imkanlarını araşdırırıq”, – deyə Putin qeyd edib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də daha əvvəl Moskva ilə Vaşinqton arasında Arktika, mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji layihələri üzrə böyük əməkdaşlıq potensialının olduğunu bildirmişdi.

Avropa İttifaqı isə Arktikada Rusiyaya qarşı mövqeyini gücləndirmək və Şimal dəniz yoluna məhdudiyyətsiz çıxış əldə etmək niyyətini açıqlayıb.

Samir

0