Danimarkanın baş naziri Putinlə danışan Finlandiya və Norveç liderlərini tənqid etdi

DÜNYA
17:53 / 27.10.2026
56

Danimarkanın baş naziri Mette Frederiksen Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq qərarını tənqid edib. O bildirib ki, bu təşəbbüs barədə Avropadakı digər tərəfdaşlara əvvəlcədən məlumat verilməyib.

HİT.az xəbər verir ki, Frederiksen bu barədə Danimarkanın TV2 telekanalına müsahibəsində danışıb.

“Mən Norveç və Finlandiyanın bu təşəbbüsünə çox şübhə ilə yanaşıram. Bu addım heç birimizlə razılaşdırılmayıb”, – deyə Danimarka hökumətinin başçısı bildirib.

Frederiksen Rusiyanın Avropa ilə sülhə hazır olduğuna dair əlamətlər görmədiyini də vurğulayıb. Onun fikrincə, ayrı-ayrı ölkələrin müstəqil təşəbbüslərlə çıxış etməsi əvəzinə, Avropanın birliyini qoruması vacibdir.

Qeyd edək ki, oktyabrın 27-də Aleksandr Stubb və Yonas Qar Støre Vladimir Putinlə telefon danışığı aparıblar. Tərəflər Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilməsi gözlənilən üçtərəfli təmasları, Oleşkidə atəşkəs rejimini və ötən həftə Rusiya prezidentinin ABŞ nümayəndələri ilə apardığı danışıqları müzakirə ediblər.

Məlumata görə, telefon danışığı Finlandiya və Norveçin təşəbbüsü ilə baş tutub. Tərəflər birbaşa təmasları davam etdirmək barədə razılığa gəliblər.

Samir

0