“İşə düzələnlər 190 manatlıq ödənişdən kənarlaşdırılacaq” - Nazir

İQTİSADİYYAT
03:27 / 10.05.2020
1583

“Ödənişi ilk ayda alan, ancaq sonradan işə düzələn və ya sahibkarlıq fəaliyyətinə başlayan olarsa, onlar bu ödənişlərdən kənarlaşdırılacaq”.

Bunu “REAL TV”yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu mexanizm davamlı olaraq icra edilir və may ayının sonunadək 2 aylıq ödəniş tam şəkildə yekunlaşdırılacaq.

“Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”, - deyə S.Babayev deyib.

1