Bu sadə tərkib hissəsi bütün paltar qoxusu problemlərinizin həll edə bilər

MARAQLI
09:49 / 12.07.2026
50

Bəzən paltar və yataq dəstləri yuyulduqdan sonra belə xoşagəlməz qoxunu saxlayır. Məsələn, idman köynəyini geyinərkən əvvəlki məşqin qoxusunu hiss etmək mümkündür. Bunun müxtəlif səbəbləri olsa da, onlardan biri uyğun olmayan yuyucu vasitənin istifadəsidir.

HİT.az xəbər verir ki, "Better Homes & Gardens" jurnalının yazdığına görə, paltarda qoxunun qalmasının əsas səbəblərindən biri yuyucu toz və ya gelin tərkibində yağ qalıqlarını parçalamağa kömək edən vacib komponentin olmamasıdır. Belə komponentlərdən biri lipaza fermentidir. O, qoxularla mübarizədə əhəmiyyətli rol oynayaraq paltarın daha təmiz və təravətli qalmasına kömək edir.

Lipaza tərkibli yuyucu vasitələr yağ mənşəli qalıqları parçalamaq üçün hazırlanıb. Xüsusilə dəri piyini (sebum) kimi bioloji mənşəli yağların təmizlənməsində yüksək effektivliyə malikdir. Bu yağlar parçanın liflərində toplandıqda, hətta yeni yuyulmuş paltarda belə köhnə və acımış qoxuya bənzər xoşagəlməz iy yarada bilir.

Lipaza yağları və yağlı maddələri parçalayaraq suda həll olmasını təmin edən fermentdir. İnsan orqanizmində həzm prosesində yağların parçalanmasına kömək etdiyi kimi, yuyucu vasitələrin tərkibində də eyni funksiyanı yerinə yetirir.

Lipaza tərkibli yuyucu vasitədən nə vaxt istifadə etmək daha məqsədəuyğundur?

Lipaza əsaslı yuyucu vasitələr yağ, bitki yağı və digər çətin ləkələrin çıxarılmasında da effektivdir.

Xüsusilə köhnə paltarların, o cümlədən ikinci əl mağazalarından alınmış və özünəməxsus qoxu hopmuş geyimlərin yenilənməsi, həmçinin idman geyimləri və bədənə kip oturan tayts, leqgins kimi paltarların təmiz və qoxusuz saxlanılması üçün lipaza tərkibli yuyucu vasitələr tövsiyə olunur.

İdman geyimləri və bədənə kip oturan sintetik parçalar dəridən ifraz olunan təbii piyləri asanlıqla özünə hopdurur. Bu qalıqlar tam təmizlənmədikdə zaman keçdikcə yığılır və xoşagəlməz qoxu yaradır. Xüsusilə elastik sintetik parçalar sebum toplamağa daha meyllidir və buna görə də onların yuyulması üçün lipaza tərkibli vasitələr daha uyğun hesab edilir.

Lipaza qoxuları aradan qaldıran aktiv komponent olsa da, onun bütün yuyucu vasitələrin tərkibində olması gözlənilmir. Bunun səbəbi lipazanın toz şəklində olan yuyucu vasitələrdə maye yuyucu vasitələrə və kapsullara nisbətən daha sabit qalmasıdır. Buna görə də bu fermenti ehtiva edən məhsulları tapmaq bəzən çətin ola bilər. Lipazanın olub-olmadığını öyrənmək üçün yuyucu vasitənin etiketindəki tərkib hissələrini yoxlamaq tövsiyə olunur.

Samir

0