Sərhədlər açılır, karantin götürülür: Neft bazarı üçün xoş "sürpriz" – AÇIQLAMA

İQTİSADİYYAT
17:34 / 16.05.2020
1348

Artıq bir sıra dünya ölkələri karantin tədbirlərini yumşaltmağa başlayır, sərhədlər açılır.

Belə ki, İtaliya 3 iyundan etibarən sərhədləri açacaq. Eyni zamanda regionlararası hərəkət bərpa olunacaq. Bu barədə qərar hökumətin saytında yer alıb. Məlumata görə, məhdudiyyət ancaq yoluxma faizi yüksək olan ölkələr və ya regionlarla bağlı ola bilər. Lakin bu ölkə və regionların siyahısı hələ müəyyənləşdirilməyib. Eləcə də Türkiyə turistləri qəbul etməyə hazırlaşır.

Belə olduğu halda, sərhədlərin açılması və karantin tədbirlərinin yumşaldılması neft qiymətlərinin bahalaşmasına rəvac verə bilərmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya açıqlamasında bildirib ki, dünya ölkələri karantindən çıxdığı təqdirdə neftə təlabat artmalıdır:

“Təlabat artdıqca neftin qiymətində də artım müşahidə olunmalıdır. Artıq iki gündür ki, neftin qiyməti 30 dolları keçib ki, bu da karantin tədbirlərinin yumşaldılması ilə bağlıdır”.

Qarşıdakı aylarda gözlənilən neft qiymətlərinə gəlincə, ekspert yavaş-yavaş qiymət artımının olacağını gözləyir:

“Birdən nə 40, nə də 50 dollarlıq neft qiymətlərini müşahidə etməyəcəyik. Amma mütəmadi olaraq 33, 34, 35 dollarlıq qiymətlər olacaq. Yəni getdikcə tələbat artacaq”.

0