İki bankın əmanətçilərinə şad xəbər (VİDEO)

İQTİSADİYYAT
14:56 / 17.05.2020
1127

Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə lisenziyaları ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl fəaliyyəti dayandırılmış “Amrahbank” və “Atabank”da olan əmanətlərin qaytarılması mexanizmi artıq məlumdur və prosesə iyunun 1-dən start veriləcək. Azərbaycanda dünyada əmanətlərin tam sığortalandığı azsaylı ölkələrdəndir.

Ekspert hesab edir ki, sığorta mədəniyyətinin formalaşması vətəndaşlar, xüsusilə sahibkarlar arasında banklara inamın artırılması üçün vacib şərtdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 4 bankın fəaliyyəti dayandılılıb. Hazırda ölkədə 26 bank fəaliyyətdədir.

0
Realtv.az