\"Meliorasiya və Su Təsərrüfatı” gələn il büdcədən 406 milyon manat alacaq

15:34 / 22.12.2020
738

2021-ci ilin dövlət büdcəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 405,8 milyon manat vəsait yönəldiləcək.

“Report” xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu vəsait ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün ayrılacaq.

0