17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu biznes universitetinə qəbul olundu - FOTO

İQTİSADİYYAT
16:17 / 22.12.2020
1187

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.  

Qayanrinfo xəbər verir ki, Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal ) və  IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edib. Rəsmi imtahan nəticələrini əldə etdikdən sonra xaricdə təhsil istiqamətində araşdırmasına Beynəlxalq Təlim və Layihə Mərkəzinin Beynəlxalq Əlaqələr Departamenti direktoru Zəfər Həsənov tərəfindən dəstək verilib. Daha sonra Zəfər Həsənovun dəstəyi ilə Zəhra Qasımzadə ilə həmkarı olduğu Click Energy adlı klaviaturadan enerji alan layihəsi GENIUS Olimpiadasında da qalib olaraq, 20.000 dollar təqaüdə layiq görülüb.

Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır. 

Qeyd edək ki, Donald Tramp, İvanka Tramp, Elon Mask, Varren Buffett kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada iqtisadiyyat ixtisası üzrə təhsil alacaq.

0