Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ

12:00 / 27.07.2022
1217

“Azərbaycanda müəllimlərin əmək haqqı sistemi yenilənəcək”.

HİT.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:

“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əmək haqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əmək haqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir: "Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.

0