Həkim: Maqnit oyuncaqlar bağırsaq deşilməsinə səbəb ola bilər

SAĞLAMLIQ
13:30 / 24.10.2026
66

Uşaqlar arasında geniş yayılmış maqnitli konstruktorlar ciddi sağlamlıq təhlükəsi yarada bilər. Bir neçə maqnit detalının udulması mədə və ya bağırsaq divarlarının zədələnməsinə, hətta orqanların deşilməsinə və peritonitə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə “Bud Zdorov” klinikasının uşaq nevroloqu və pediatrı Tatyana Mozolevskaya məlumat verib.

Həkimin sözlərinə görə, maqnitli oyuncaqların kiçik detalları belə güclü maqnit təsirinə malikdir. Uşaq bir neçə detalı udduqda maqnitlər bir-birini cəzb edərək mədə-bağırsaq traktının müxtəlif hissələrində yerləşə bilər. Bu zaman orqanların divarları maqnitlərin arasında sıxılır, nəticədə toxumaların zədələnməsi və deşilməsi riski yaranır.

Mozolevskaya klinikalarında baş vermiş hadisələrdən birini də nümunə göstərib. Belə ki, bel nahiyəsində ağrı şikayəti ilə müraciət edən 8 yaşlı qızın rentgen müayinəsi zamanı mədə-bağırsaq traktında maqnit kürəciklər aşkarlanıb. Həkim bu cür yad cisimlərin insan həyatı üçün ciddi təhlükə yaratdığını bildirib.

Mütəxəssis valideynlərə xəbərdarlıq edib ki, uşaq maqnit kürəcik udubsa, dərhal təcili tibbi yardım çağırılmalı və xəstəxanaya müraciət edilməlidir. Qarın ağrısı, qusma və nəcis ifrazında pozuntu kimi əlamətlər yaranarsa, xüsusilə uşağın maqnitli konstruktorla oynadığı məlumdursa, tibbi yardımı gecikdirmək olmaz.

Samir
 

0