“Azeri Light”ın bu günə olan qiyməti

İQTİSADİYYAT
10:45 / 16.09.2022
910

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Hit.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,6 ABŞ dolları, yaxud 3,69% azalaraq 93,89 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0