Radiotezliklər İdarəsinin rəisi işdən çıxarıldı

17:11 / 24.10.2022
998

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Heydər Rüstəmov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb. 

Nazirin digər əmri ilə rəis vəzifəsinin icrası rəis müavini İlham Cankişi oğlu Əhədova tapşırılıb.

1