Zakir Fərəcov 65 min manatlıq ağac və kol alır

İQTİSADİYYAT
21:49 / 22.05.2023
396

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC 65 500AZN dəyərində ağac və kol alır.

Hit.az xəbər verir ki, qurum bununla bağlı “Eko Ferma Azərbaycan” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtlərindən məlum olur ki, “Sumqayıt Bulvar” MMC 65 500 AZN-ə 2500 ədəd zeytun ağacı, 1500 ədəd aleandra kolu və 1500 ədəd leylandra ağacı alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 2 fevral 2022-ci ildə qeydiyyata alınıb.Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi Masimov Rüfət Ramazan oğludur.

Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib. Ötən il Lənkəran Dövlət Universiteti onunla maliyyə dəyəri 19 770 AZN olan satınalma müqaviləsi imzalayıb.

Müqavilədə bioaktivlərin alınması, ağac və bitkilərə aqrotexniki qulluğun olunması işləri nəzərdə tutulub.

Anar

0