Bir ayda iki təyinat: Milyarder rəhbərliyə yenə qohumunu gətirdi - “AzNar”da nə baş verir?

İQTİSADİYYAT
13:30 / 25.05.2023
433
Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus "AzNar” şirkətinin qanuni təmsilçisi və baş direktoru yenidən dəyişib. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, may ayının 15-də şirkətin qanuni təmsilçisi və baş direktoru vəzifəsinə milyarderin yaxın qohumu Əhmədov Asif Kamal oğlu gətirilib. 
 
 
Ötən ay şirkətin qanuni təmsilçisi dəyişmiş və Qurbanov Zeynullah Rəcəb oğlu iş adamının qardaşının oğlu Teymur Fərəc oğlu Əhmədovu əvəzləmişdi. Dövlət reyster xidmətində də şirkətin qanuni təmsilçisi Zeynullah Qurbanov qeyd olunmuşdu. 
 
Zeynullah Qurbanov
 
Qeyd edək ki, bundan əvvəl Fərid Xəlilzadə QSC-nin məhsullarının satışı ilə məşğul olan "Grante Trading” filialının nümayəndəsi vəzifəsindən azad olunub. Zeynullah Qurbanovun qərarından narazı qalan Fərid Xəlilzadə vəzifəsinə bərpa olunması üçün QSC-ni məhkəməyə verib.
 
"Grante Trading” filialının hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 65 min 542 manat 75 qəpik vergi borcu var. 
 
Qeyd edək ki, Fərhad Əhmədov "AzNar"ın Müşahidə Şurasının sədridir.
 
 
0