İcra Hakimiyyətinin 91 minlik cari təmir işləri

19:30 / 27.05.2023
318

Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərdə mövcud fərdi yaşayış evlərinin damlarının cari təmir işləri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Yuzar İnşaat” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 91 142, 6 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Yuzar İnşaat” MMC 9 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, ev 12, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi İspəndiyarov Elsevər Subhəli oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, 2021-ci ildə yaranan "Yuzar İnşaat” MMC 2022-ci ildə tenderlərdə fəal iştirak edib. Həmin il şirkət 8 satınalma müqaviləsi imzalayıb. Müqavilələr Tərtər, Şirvan, Biləsuvar, Astara, Yardımlı icra hakimiyyətləri və İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlanıb. 

İcra hakimiyyətlərinin barəsində heç bir məlumat olamayan, nə əlaqə telefonlarına, nə də internet səhifəsində rast gəlinən bir şirkətə bu qədər maraq göstərməsinin səbəbi bəlli deyil. 

Bir çox hallarda tenderlərdə məmurlara məxsus, proxy şəxslərin adına təsis edilən şirkətlərdən istifadə edilməsi "Yuzar İnşaat” MMC-nin bu kateoqriyadan olmasına şübhələr yaradır.

1