Avtomobil bazarında bahalaşma?

İQTİSADİYYAT
13:00 / 15.09.2023
486

"Bu gün avtomobil bazarında durğunluq müşahidə olunur".

Bunu Hit.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov deyib. 

O bildirib ki, payız mövsümü ilə əlaqədar olaraq, qiymətlərdə durğunluq müşahidə olunur:

"Qiymət artımı hər hansı markalarda və cüzi  miqdarda baş verə bilər. Amma kütləvi deyil, sadəcə 1-2 modeldə ola bilər. Bunun da səbəbi gətirilən nəqıiyyatın əlavə xərcləridir. İdxal prosesi zamanı avtomobillərə çəkilən xərc bu qiymətlərə təsir edə bilər. Bu da yəni, elə böyük fərq etmir. Ənənəvi Sovet və rus istehsalı avtomobillər yenə əvvəlki kimi satışda xüsusi çəkiyə malikdir. Yəni, bu modellər ən tez satılanlardır. Digər çox satılan avtomobillər isə ikinci əl, ekonom sinifdir. Yəni, yanacağı az işlədən, şəhər mühitinə uyğunlaşan avtomobillərin qiyməti və satışı olduğu kimi qalır".

Aynur Əli

0