“Zirvə-MV” MTK 5000 manat cərimələnə bilər

İQTİSADİYYAT
22:03 / 15.09.2023
355

“Zirvə-MV” Mənzil-Tikinti Kooperativi (MTK) icra tələbini yerinə yetirməməkdə ittiham edilir. 

Hit.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

528.1-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 100 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Anar

0