“Agah Holding” cərimələnə bilər

İQTİSADİYYAT
20:44 / 18.09.2023
536

“Agah Holding” MMC yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protokol tərtib olunub. 

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə görə vəzifəli şəxslərin 150 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilir.

Anar

0