21:21 / 20.09.2023
265

Ziya Məmmədova bağlı şirkət məhkəmə çəkişməsində

“Fortis Group” MMC “Nadiroğlu İnşaat” MMC-ni məhkəməyə verib. 

Hit.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

Məhkəmə prosesinin vaxti barədə məlumat yoxdur. 

“Fortis Group” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 25 000 000 manat olan MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkəti kimi tanınır. 

Anar

0