23:21 / 21.09.2023
252

Azərbaycanın tanınmış şairi iki şirkəti məhkəməyə verdi

Azərbaycanın tanınmış şairi Rüstəm Behrudi iki şirkəti məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, şair "Xəzri Solutions” MMC ilə "Atlant-İnşaat” MMC-dən maddi ziyanın ödənilməsi tələb edir.

Rüstəm Behrudinin iddiası Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatındadır. 

Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur. 

0