18:32 / 22.09.2023
255

Elmi Təcrübə Müəssisəsi cərimələnə bilər

Sabunçu Elmi Təcrübə Müəssisəsi barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, Müəssisə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Anar

0