“Azərsu” ilə MTK arasında su pulu qalmaqalı
“Səadət” Mənzil-Tikinti Kooperativi (MTK) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Hit.az xəbər verir ki, MTK-nın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
Oktyabrın 12-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, məhkəmə çəkişməsi su pulu ilə əlaqədardır.
Anar