Valyuta hərracında tələbin azalmasına səbəb nədir? - RƏY 

İQTİSADİYYAT
11:39 / 08.12.2023
369

Ötən gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. 

Hərracda tələb 44,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə tələbin 2 dəfədən çox azaldığını göstərir. Belə ki, 5 dekabrda keçirilən valyuta hərracında tələb 95,1 milyon ABŞ dolları təşkil etmişdi.

Maraqlıdır, tələbin azalması nə ilə bağlıdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, əlimizdəki hazırkı verilənlərlə tələbin azalmasının səbəbləri haqqında dəqiq fikir söyləmək çətindir:

339406

"Ancaq Mərkəzi Bankın ilboyu keçirdiyi hərraclara baxdıqda hər hərracda tələbin əsasən 40-50 milyon dollar arasında dəyişdiyini görürük. Əslində sonuncu hərracdakı 44,8 milyon dollarlıq məbləğ də bu intervala uyğundur. Sonuncu hərracın həcmindənsə noyabr ayında olan hərraclarda dollara daha çox tələbin olması diqqəti çəkməlidir". 

Ekspert hesab edir ki, beynəlxalq müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qış tətilinin planlaşdırılması kimi səbəblərə görə noyabr ayında dollara tələb yüksəlmiş ola bilər:

"Bunlar ənənəvi səbəblərdir. Ancaq konkret başqa səbəblər də ola bilər. Bunlar haqqında isə əlimizdəki verilənlərdən çıxış edərək nə isə demək çətindir".

Pərviz

0