Tikinti materiallarının istehsalı kəskin artıb - Bir ayda 80 milyon...

İQTİSADİYYAT
11:08 / 24.02.2024
312
Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar ayında istehsalın ümumi dəyəri 82,1 milyon manat təşkil edib.
 
HİT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artıb.
 
Bildirilib ki, ay ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 35,0 faiz, tikinti gipsinin istehsalı 24,3 faiz, sement istehsalı 23,2 faiz, beton istehsalı isə 21,8 faiz artıb.
0