ABŞ İsrailin hava hücumundan müdafiəsini gücləndirir

DÜNYA
12:15 / 28.10.2026
65

ABŞ İsrailin hava hücumundan müdafiə imkanlarını artırmaq məqsədilə ölkəyə əlavə “Patriot” zenit-raket kompleksinin göndərilməsi barədə qərar qəbul edib.

HİT.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazıb ki, sistem ABŞ-ın Texas ştatından İsrailə göndərilir. Bu addımın mümkün hərbi əməliyyatların yenidən başlaması halında İsrailin müdafiəsini gücləndirmək məqsədi daşıdığı bildirilir.

Nəşrin məlumatına görə, noyabrda ABŞ-ın əlavə aviadaşıyıcı qrupu da Yaxın Şərqə gəlməlidir. Həmin qrupun bölgədə artıq yerləşən təxminən 20 Amerika hərbi gəmisinə qoşulacağı gözlənilir.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton bu tədbirləri İranla hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalını nəzərə alaraq həyata keçirir və mümkün ssenarilər üzrə müxtəlif fəaliyyət variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, oktyabrın 24-də CNN ABŞ-ın Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarını təcili şəkildə bölgədən çıxarmağa başladığını xəbər vermişdi. Məlumata görə, diplomatlarla yanaşı, onların ailə üzvləri də təxliyə olunur. Bu addım ABŞ kəşfiyyatının İranın mümkün hücumlara hazırlığının güclənməsi ilə bağlı qiymətləndirməsindən sonra atılıb.

Samir
 

0