Kim Çen In ordunun döyüş hazırlığının artırılmasını tələb etdi

DÜNYA
13:00 / 28.10.2026
53

Şimali Koreya lideri Kim Çen In ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi və hərbi bölmələrdə təlimlərin intensivləşdirilməsi barədə göstəriş verib.

HİT.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Çen In Koreya Xalq Ordusunun komandirləri ilə görüşündə bölmələrin döyüş hazırlığının tam təmin edilməsinin vacibliyini vurğulayıb.

“Bölük komandirlərinin ilk növbədə qarşısında duran vəzifə tabeliklərindəki bölmələrin tam döyüş hazırlığına nail olmaqdır. Bunun yolu fasiləsiz və gərgin təlimlərdən keçir”, – deyə Şimali Koreya lideri bildirib.

Kim Çen In komandirləri möhkəm ideoloji əqidəyə və vətənpərvərlik ruhuna malik hərbi dəstələr formalaşdırmağa çağırıb. O, hər bir əsgərin yüz nəfərin gücünə bərabər olmasını hədəflədiklərini qeyd edib.

Xatırladaq ki, sentyabrda Şimali Koreya qısa mənzilli ballistik raket buraxılışından bir neçə saat sonra Yapon dənizi istiqamətində mənşəyi açıqlanmayan daha bir mərmi atıb. “Yonhap” agentliyinin məlumatına görə, raket Vonsan bölgəsindən buraxılıb və təxminən 450 kilometr məsafə qət edib. İkinci buraxılışla bağlı isə ətraflı məlumat verilməyib.

Bundan əvvəl Cənubi Koreya hərbçilərinin partlayış nəticəsində xəsarət almasına səbəb olan minaların Şimali Koreya tərəfindən yerləşdirildiyindən şübhələnildiyini açıqlamışdı.

Samir

0