Tarixin 28 oktyabrı...

MARAQLI
10:45 / 28.10.2026
200

Bu gün tarixin vərəqlərində 28 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra mühüm hadisələrlə tarixdə qalıb.

28 oktyabr bızi görkəmli şəxslərin doğum və ya vəfat günü kimi xatırlanır. Eyni zamanda, bu gün Kipr və Yunanıstanda Oxi Günü kimi qeyd olunur. Bu gün həm də Beynəlxalq Animasiya Günüdür. Beləliklə, tarixin 28 oktyabrına nəzər salırıq.

28 oktyabrda baş verənlər:
1995-ci ildə Bakı metropolitenində baş vermiş dəhşətli yanğın nəticəsində 289 nəfər həlak olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının isə Qiyaslı, Ədilcə və Qılıcan kəndlərini Ermənistanın işğalından azad edib. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin Tərtər şəhərini, eləcə də Bərdəni kasset bombalı raketlərlə hədəf alması nəticəsində dinc sakinlər arasında ağır itkilər qeydə alınıb. 

Həmçinin, 1918-ci ildə Birinci Dünya müharibəsi fonunda Çexoslovakiya Respublikası qurulub. 1975-ci ildə Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 2007-ci ildə isə Kristina Fernandez de Kirşner Argentinanın birbaşa seçilmiş ilk qadın prezidenti olub.

28 oktyabrda doğulanlar:

1911-ci ildə yazıçı, ədəbiyyatşünas, akademik Mirzə İbrahimov, 1957-ci ildə Azərbaycanın sabiq baş naziri, Milli Məclisin III çağırış deputatı Pənah Hüseyn dünyaya gəlib.

Həmçinin, 1466-cı ildə niderlandlı filosof Rotterdamlı Erazm, 1755-ci ildə fransız bioloq Jak-Jülien de Labillarder, 1860-cı ildə cüdonun banisi Kano Ciqoro, 1903-cü ildə ingilis yazıçısı İvlin Vo, 1914-ci ildə amerikalı virusoloq Conas Solk, 1955-ci ildə “Microsoft” şirkətinin qurucusu Bill Geyts, 1957-ci ildə türk müğənni Ahmet Kaya, 1963-cü ildə italiyalı müğənnisi Eros Ramazzotti, 1967-ci ildə hollivud aktrisası Culiya Roberts və 1981-ci ildə çexiyalı futbolçu Milan Baroş doğulub.

28 oktyabrda vəfat edənlər:
1995-ci ildə Bakı metrosundakı yanğın zamanı sərnişinlərin xilas edilməsində şücaət göstərən Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Çingiz Babayev şəhid olub.

Həmçinin, 1627-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir, 1704-cü ildə ingilis filosofu Con Lokk, 1740-cı ildə Rusiya imperatriçası Anna İvanovna, 1946-cı ildə fransız heykəltəraş Şarl Despio və 1969-cu ildə rus yazıçı Korney Çukovski vəfat edib.

Pərviz

0