“Bu dünyada ən çətin iş avtobus sürücüsü olmaqdır”

İQTİSADİYYAT
11:41 / 11.06.2024
349

“Hamı avtobus sürücülərini danlayır. Avtobus bir az gec gəldi, maşının içi isti oldu, basabas oldu, hamı sürücüyə qışqırır. Bu dünyada avtobus sürücüsü olmaqdan çətin iş yoxdur, dünyanın ən çətin işi sürücü olmaqdır.

Adamlar evdəki 2-3 nəfərlə yola gedə bilmirlər, biz hər gün avtobusa minmiş 50-60 adamla yola getməliyik.

Bir gündə bu avtobuslardan minlərlə insan gəlib keçir”.

Bu fikir Hit.az-a ictimai nəqliyyat sürücüsü Şahin Mirəliyev səsləndirib.

“Bir yolu gündə iki dəfə gedib , gələndə bezirsiniz. Biz eyni yolu səhərdən axşama qədər neçə dəfə gedib gəlirik. Hər dəfə də yolda tıxac. Avtobus dolu. Hərə sənə bir söz deyir. Yadıma gəlmir indiyədək kimsə gəlib bir kəlmə xoş söz desin. Elə dünən şikayət danlaq, düşünmürlər ki, sürücü də insandır. Avtobus gecikəndə qapı açılan kimi hamı üstümüzə qışqırır. Biz nəzakətli olmaq məcburiyyətindəyik. Bu bizim peşəmizdir. Balamıza bununla çörək aparırıq. Sərnişinlərdən istəyim odur ki. hərdən bizi də düşünsünlər”,- deyə o əlavə edib.

Murad

0