İpotekaya təlabat niyə azalır?

22:56 / 11.06.2024
565

2024-cü ilin I rübündə cəmi ipoteka kreditləri üzrə tələb azalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib ki, 2024-cü ilin ilk rübündə cəmi ipoteka kreditləri üzrə tələb azalıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a deyib ki, ipoteka krediti verilərkən bir neçə vacib nüans nəzərə alınmalıdır:

"Ölkədə minimal əməkhaqqı 345 manatdır. 345 manat əməkhaqqı alan şəxs ipoteka krediti ilə mənzil ala bilməz. Çünki vətəndaşın bir aylıq minimum yaşayış zənbili təxminən 200 manat hesablanır. Yəni, 300 manat maaş alan şəxsin 200 manat dolanışıq pulu çıxacaqsa, yerdə qalan 100 manatı ipotekanı ödəməyə bəs etmir. Sırf ipoteka krediti ilə mənzil almaq üçün rəsmi iş yerin olmalıdır. İnsanların əksəriyyəti rəsmi işdə işləyir, amma əmək haqqı azdır. İşdən sonra gedib , taksi fəaliyyəti ilə məşğul olur, yaxud kənarda kiçik biznesi, xarici ölkədə qohumu, evi var və oradan pul gəlir. Amma həmin pulları rəsmi göstərə bilmədiyinə görə ipoteka kreditindən yararlana bilmir. İpoteka bazarına marağın artırılması üçün şərtlər bir az da sadələşdirilməlidir".

Ekspert vurğulayıb ki, hazırda bir sıra səbəblər var ki, onlara görə ipoteka ilə ev almaq vətəndaşa sərf etmir:

"İpoteka ilə mənzil almaq istəyənlər çoxdur. Amma ipotekaya yararlı mənzillər azdır".

Sevinc

0