Ebola epidemiyası yayılmağa DAVAM EDİR

SAĞLAMLIQ
14:00 / 18.09.2026
149

Konqo Demokratik Respublikasında Ebola epidemiyası getdikcə genişlənir və vəziyyət narahatlıq doğuran həddə çatır. 

Ölkədə artıq 7 mindən çox yoluxma və 3 mindən artıq ölüm halı qeydə alınıb. Virusun yeni bölgələrə yayılması isə itkilərin daha da artacağı ilə bağlı narahatlığı gücləndirir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, hazırda Konqonun ayrı-ayrı ərazilərində Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur: 

410210

“Ebola yüksək ölüm riski daşıyan ağır virus infeksiyalarından biridir. Xəstəlik zamanı orqanizmdə ciddi pozuntular yarana, ağır hallarda müxtəlif orqanların fəaliyyətində çatışmazlıq və qanaxmalar baş verə bilər. Bu səbəbdən yoluxma hallarının nəzarətdə saxlanılması və infeksiyanın yayılmasına imkan verilməməsi xüsusi əhəmiyyət daşıyır”.

Mütəxəssisin fikrincə, ebola virusu hazırkı şəraitdə qlobal pandemiyaya çevrilməyib: 

“Bununla belə, xəstəliyə qarşı mübarizə tədbirlərinin zəifləməsi yeni yoluxma və ölüm hallarının artmasına səbəb ola bilər. Ümumiyyərlə, tətbiq olunan karantin və digər epidemioloji tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında davam etdirilməlidir”.

Sevinc

0