"Qarabağ" Kabo-Verde millisinin və "Vitoriya Gimarayeş"in vingeri Telmu Arkanjunun transferi üçün yenidən hərəkətə keçməyə hazırlaşır.
Portuqaliya mətbuatının yaydığı məlumata görə, Ağdam klubu qış transfer pəncərəsində 25 yaşlı futbolçu üçün "Vitoriya Gimarayeş"ə yeni təklif göndərməyi planlaşdırır.
"Qarabağ"ın Telmunun keçidi üçün 700 min avro ödəməyə hazır olduğu bildirilir.
Arkanju bu yay baş tutan Dünya Kubokunda da iştirak edib. O, İspaniya və Uruqvayla oyunlarda meydanda olub.
Lakin Ağdam təmsilçisi bu transferdə tək deyil. Kiprin "Omoniya" və Türkiyənin "Amedspor" klubları da futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Kabo-Verde yığmasının üzvünün "Vitoriya Gimarayeş"lə müqavilə müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. (Offsideplus.az)


