İnternetin sürəti artırılacaq?

TEXNO
12:48 / 18.09.2026
165

Azərbaycanda genişzolaqlı internet xidmətlərinin minimum tarif və sürət göstəricilərində dəyişiklik ediləcək. 

Oktyabrın 1-dən etibarən ən aşağı internet paketinin aylıq qiyməti 25 manat olacaq. Bununla yanaşı, minimum sürət göstəricisi 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırılacaq.

İKT sahəsi üzrə ekspert Elvin Abbasov Hit.az-a açıqlamasında deyib ki, internet tariflərindəki dəyişiklik əsasən köhnə ADSL/VDSL xətlərinin mərhələli şəkildə yenilənməsi və fiber-optik şəbəkənin genişləndirilməsi ilə əlaqələndirilir: 

410188

“Yeni tariflərlə istifadəçilərə daha yüksək sürət vəd edilsə də,  xidmətin keyfiyyətini yalnız internetin sürəti ilə ölçmək düzgün deyil. Bağlantının sabitliyi, gecikmələrin səviyyəsi, məlumat itkiləri və beynəlxalq internet kanallarının imkanları da nəzərə alınmalıdır”.

Həmsöhbətimiz onu da əlavə edib ki,  qiymət artımının istifadəçi üçün real üstünlük yaratması üçün yüksək sürətli internet paketləri daha əlçatan olmalıdır. Xüsusilə 250-300 Mbit/s sürət təklif edən paketlərin yayılması genişləndirilməlidir.

Sevinc

0