Maaşların müəyyən günlərlə bağlı gecikdirilməsi yolverilməzdir

İQTİSADİYYAT
19:49 / 21.06.2024
402

Maaşlarımızın verildiyi gün şənbə-bazara düşəndə maaşı gec alırıq. 

Bununla bağlı suallarla hər zaman qarşlaşırıq.

Bu nə dərəcədə düzgündür?

Ekspert Xanım Heydərova Hit.az-a verdiyi açıqlamada bildirib ki,belə yanaşma düzgün deyil:

“Əmək Məcəlləsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, hüzn və bayram günləri ilə üst-üstə düşərsə, əməkhaqqı həmin günlərdən əvvəlki gün ödənməlidir”.

Ekspert əlavə edib ki, həmin günlərdə işçinin işə çıxması üçün ona maaşından əlavə ödəniş edilməsi də qanunla nəzərdə tutulub.

Murad

0