"Avtomobilə qaz balonunun quraşdırılması mütləq şəkildə ixtisaslaşmış müəssisədə həyata keçirilməlidir".
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O, avtomobilinə qaz avadanlıqlarını quraşdırmaq istəyən sürücülərə məsləhət verib:
"Əlbəttə ki, hansısa sexdə və usta tərəfindən avtomobilə qazla işləməsi üçün avadanlığın quraşdırılması risklidir. Yaxşı olar ki, avtomobilinin qazla çalışmasını istəyən şəxslər bunu nəzərə alsınlar. Yəni bunu ixtisaslaşmış və peşəkar müəssisəyə həvalə etmək lazımdır".
Ekspert qeyd edib ki, avtomobilə qaz avadanlıqlarının quraşdırılması dünyada da yayılmış bir praktikadır:
"Qaz avadanlıqlarını avtomobilə düzgün quraşdırmaq, ona vaxtında qulluq göstərmək və istismarı zamanı təhlükəsizlik qaydalarına riayət etmək, habelə texniki normativləri pozmamaq lazımdır. Bu zaman avtomobilə qaz balonu və ya digər avadanlıqları quraşdırmağın riski daha minimum səviyyəyə düşər".
Mütəxəssis onu da qeyd edib ki, bunlara əməl edilməsə, risk təhlükəsizi daha yüksək olacaq:
"Şəxsi avtomobillərdə metan və propan qazının daşınması isə yolverilməzdir. Onlar xüsusi nəqliyyat vasitələrində müəyyən olunmuş yerlərdə daşınmalıdır. Bunun üçün də həmin avtomobillərin xüsusi təchizatı olmalıdır".
Pərviz