"Rayonlarda həmin məhsulları yetişdirən fermerlərin bazarlara birbaşa çıxışı yoxdur. Böyük şəhərlərin bazarları da inhisarçıların əlindədir. Yad satıcı burada ayrı-seçkiliyə məruz qalır. Bütün bunlar fermerin bazara girişini məhdudlaşdırır".
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
Ekspert hesab edir ki, elə şərait yaradılmalıdır ki, Bakı şəhərinin ətrafında bir neçə topdan satış meyvə bazarı olsun:
"Fermer bazara çatdığı dəqiqədə məhsulunu yerləşdirib satışa başlamalıdır. Belə olsa, qiymət fərqi təkcə yol xərci olar. Bu isə həm fermerə, həm də alıcılara sərfəli olar. Amma, çox təəssüf ki, Azərbaycanda bu imkanlar yoxdur. Belə olsa, qiymət fərqi təkcə yol xərci olar. Amma, çox təəssüf ki, Azərbaycanda bu imkanlar yoxdur" .
Sevinc