Son günlərdə balıq qiymətlərində bahalaşma müşahidə olunur.
Bununla bağlı bir çox səbəb göstərilsə də, əsasən yerli istehsalın azaldığı deyilir. Bu səbəbdən də xaricdən idxal edilən balıqlar bazarlarda üstünlük təşkil edir. Lakin hazırkı vəziyyət alıcıların azalmasına gətirib çıxarıb. Çünki bazardakı balıq qiymətləri yüksəkdir.
Bəs ölkəmizdə balıq qiymətlərinin bahalaşmasına təsir edən əsas faktorlar nələrdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O, balıq qiymətlərinin bahalaşmasının səbəbini belə izah edib:
"Əsas səbəb inək, qoyun və quşçuluq məhsullarının qiymətinin bahalaşmasıdır. Yəni qırmızı ət və balığa alternativ məhsulların qiymət artıma buna təsir edən əsas amildir. Həmçinin, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal olunan balıq və balıq məhsullarına 15 faiz rüsum tətbiq edildi. Bu isə balıq və balıq məhsullarının qiymətinə təsir göstərdi. Çünki ölkə bazarında qiymətlərin formalaşmasında idxal məhsullarının qiyməti rol oynayır".
Pərviz