Tarixin 28 sentyabrı...

MARAQLI
12:30 / 28.09.2026
187

Bu gün tarixin vərəqlərində 28 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Bu gün tarixi Zəfər qazandığımız Vətən müharibəsinin 2-ci günüdür. 28 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı məhz bu günə təsadüf edir. Həmçinin, bu gün Çexiyada Dövlətçilik Günüdür. Beləliklə, tarixin 28 sentyabrına nəzər salırıq.

28 sentyabrda baş verənlər:
2012-ci ildə Azərbaycan və Lesoto arasında diplomatik əlaqələr qurulub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhərindəki düşmən mövqelərini atəşə tutub. Bundan əlavə, 1961-ci ildə Dəməşqdə hərbi çevriliş baş verib və Misir ilə Suriya arasındakı birlik olan Birləşmiş Ərəb Respublikasına faktiki olaraq son qoyulub.

28 sentyabrda doğulanlar:
1913-cü ildə arxeoloq Osman Həbibullayev və 1953-cü ildə Xalq artisti, aktyor Əjdər Həmidov doğulub.

Həmçinin, 1897-ci ildə qazaxıstanlı yazıçısı Muxtar Əvəzov, 1903-cü ildə sovet kinodramaturqu Aleksey Kapler, 1905-ci ildə alman boksçu Maks Şmelinq, 1906-cı ildə rusiyalı dramaturq Aleksandr Şteyn, 1924-cü ildə italiyalı aktyor Marçello Mastroyanni, 1934-cü ildə fransız kinoaktrisa Brijit Bardo, 1944-cü ildə Çexiyanın sabiq prezidenti Miloş Zeman, 1968-ci ildə finlandiyalı Formula-1 pilotu Mika Hakkinen, 1968-ci ildə böyük britaniyalı aktrisa Naomi Uotts, 1976-cı ildə rusiyalı MMA döyüşçüsü Fyodor Yemelyanenko və 1987-ci ildə amerikalı aktrisa Hilari Daff dünyaya gəlib.

28 sentyabrda vəfat edənlər:
1895-ci ildə dahi fransız kimyaçı və mikrobioloq Lui Paster, 1978-ci ildə Roma papası I İoann Pavel, 1989-cu ildə Filippin prezidenti Ferdinand Markos, 2000-ci ildə Kanadanın 15-ci baş naziri Pyer Trüdo və 2016-cı ildə İsrailin baş naziri və prezidenti Şimon Peres vəfat edib.

Pərviz

0