Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
HİT.az Yurd.Media-ya istinadən xəbər verir ki, DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fərid Qəniyev DGK-nin Proqram təminatı şöbəsinin rəisi təyin edilib.
O, 2019-cu ildən DGK-də çalışır və yeni təyinatdan əvvəl həmin şöbədə qrup rəhbəri vəzifəsində işləyib.



