Dövlət Gömrük Komitəsi (DGK) "Carmore" şirkətini inzibati məsuliyyətə cəlb edib.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Yanvarın 22-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Abbas