Kənd turizminin inkişafı üçün nələr edilməlidir?

İQTİSADİYYAT
12:23 / 18.02.2025
200

"Azərbaycanda kənd turizminin inkişafı üçün 3 istiqamətdə addım atmaq olar". 

Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.

O, həmin istiqamətlərdən bəhs edib:

"Birinci istiqamət kənd turizmi ilə məşğul olan şəxsin bu inkişafa təsiridir. İkincisi, turizm sənayesinin iştirakçıları, xüsusilə turizm şirkətlərinin atacağı addımlardır. Üçüncüsü də dövlət qurumlarının bu istiqamətdə verəcəyi qərarlar ola bilər". 

367881

Ekspert sözlərini belə əsaslandırıb:

"Birinci variantdakı kənd sakini vəya kənd turizmi ilə məşğul olan şəxsin oranın adət-ənənəsi, mətbəxi və yerli məhsullarla bağlı məlumatı olmalıdır. Həmçinin, kənd turizmini inkişaf etdirmək üçün də maraq göstərməlidir. Hətta bu məlumatları kurslar vasitəsilə də öyrənərək fəaliyyət göstərməsi mümkündür. 

Turizm şirkətləri isə müəyyən müəyyən marşrutlar üzrə tarixi və mədəni yerləri olan kəndləri öz proqramlarına daxil etməlidir. Bu istiqamətdə müəyyən turların təklif olunması da çox əhəmiyyətli olar". 

Həmsöhbətimiz qeyd edib ki, kənd turizminin inkişafında dövlət qurumlarının rolu da olduqca vacibdir:

"Xüsusən də Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi proqramlar əsasında müəyyən kəndlərə dəstək verərək bu sahənin inkişafına töhfə verə bilərlər. Bütün bu addımlar isə əlbəttə ki, ölkəmizdə kənd turizminin inkişafında müstəsna rol oynayacaq". 

Pərviz

0